Fevralın 8-də atmosfer təzyiqinin dəyişməsindən ən çox ürək-damar xəstəlikləri olan insanlar və uşaqlar təsirlənəcək.
Bu barədə terapevt və kardioloq Andrey Kondraxin “Moskva 24” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, əgər insanın səhhətində ciddi problemlər yoxdursa, o zaman heç bir dəyişiklik hiss etməyəcək. Lakin ilk növbədə yüksək atmosfer təzyiqini ürək-damar xəstəlikləri olan insanlar hiss edəcəklər. O əlavə edib ki, bu zaman orqanizm təzyiqi kompensasiya etməyə və aşağı salmağa çalışır, lakin hipertoniya və hipotenziv xəstələrdə orqanizm buna düzgün reaksiya vermir.
“Hipertoniya xəstələrində təzyiq daha da yüksələ bilər, hipotenziyalı insanlarda isə əksinə, kəskin şəkildə aşağı düşə bilər”, – Kondraxin deyib.
O, həmçinin qeyd edib ki, yüksək atmosfer təzyiqi kəskin mərhələdə xroniki xəstəlikləri olan şəxslərdə hiss olunacaq. Bu, bədənin xarici şərtlərə uyğunlaşması üçün baş verəcək.