Goranboyda biabırçılıq: İşləməyə gələn 21 yaşlı qızın başına oyun açdılar – ŞOK TƏFƏRRÜAT

0
11

Goranboy rayonunda 1988-ci il təvəllüdlü Azad 21 yaşlı Səmayəyə (adlar şərti verilib – red.) təcavüz edib.

 Azad Goranboy şəhərində icarə əsasında işlətdiyi kafeyə 29 iyul 2023-cü ildə ofisiant işləməyə gəlmiş 2004-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Səmayəyə bir neçə dəfə cinsi əlaqədə olmağı təklif etsə də, imtina cavabı alıb.

Bu səbəbdən avqustun 3-də gecə saat 01:40-da kafedə Səmayə ilə zorla cinsi əlaqəyə girmək qərarına gəlib. Azad onu kafenin çarpayı olan otağına aparıb, çarpayıya yıxıb, bir əli ilə qadının əllərini belinin arxasına bükərək tutub, digər əli ilə isə paltarlarını əynindən çıxarıb. Fiziki zor tətbiq etməklə onun müqavimətini qırıb, zorla cinsi əlaqədə olmaq istəyib.

Lakin Səmayə aktiv fiziki müqavimət göstərib və onun cinsi əlaqədə olmasına mane olub. Buna görə Azad əməlini başa çatdıra bilməyib.

Ardınca o, Səmayə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlib. Qadını öldürməklə hədələyərək müqavimətini qırdıqdan sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Azadın barəsində Cinayət Məcəlləsinin 29,149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

“Xanım işlətməyə mane olurdular”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Goranboy şəhərində kafe işlətdiyi müddətdə rayonda müvafiq qurumun rəhbər şəxslərindən biri ondan kafedə xanım işlətməməyi tələb edib:

“Mən isə həbsdən yeni çıxdığımı və işləməyim üçün imkan vermələrini xahiş etdim. Çünki Səmayədən əvvəl yanımda başqa bir xanım işləyirdi. Xanım işlədiyi müddətdə qazancım yaxşı olurdu. Gündə 150-200 manat qazanırdım. Mənə həmin xanımı yanımda işlədə bilməyəcəyini dedilər. Səbəbi soruşduqda əmək müqaviləsi bağlamalı və kassa aparatı qoymalı olduğumu söylədilər.

Onlara kafeni təzə işlətməyə başladığımı, hazırda maddi vəziyyətimin yaxşı olmadığını və 2 ay vaxt vermələrini xahiş etdim. Əvvəlcə bunun mümkün olmadığını desələr də, sonra aylıq 500 manat “haqq” müqabilində xanım işlədə biləcəyimi dedilər. Mən buna etiraz etdim”.

“Dedi, sənə bir qadının nömrəsi verəcəm”

Azadın sözlərinə görə, bir neçə gün sonra işlətdiyi kafe üçün Ağcabədi rayonunda bazarlıq edən vaxt əvvəllər yanında işləmiş xanım ona zəng edib və polis şöbəsində olduğunu deyib:

“Mən şöbəyə getdikdə xanımın axtarışda olduğunu bildirdilər. Bu hadisədən bir neçə gün sonra kafedə oturduğum zaman müvafiq şəxsin köməkçisi yanıma gələrək çay verməyimi istədi. Məndən yanımda xanım işçi olub-olmadığını soruşdu. Ona “müəllim”in imkan vermədiyini dedim.

Həmin şəxs xanım işçi işlədə bilməyimin qarşılığında onlara nəsə hörmət etməli olduğumu dedi. Mən kafedə yanımda işləməsi üçün xanım tanışımın olmadığını bildirdim. O, Sumqayıt şəhərində Samirə adlı bir tanışının olduğunu deyərək mobil nömrəsini mənə verdi. Amma nömrəni ondan aldığımı özünə deməməyimi tapşırdı.

Nömrəyə zəng edib Samirə ilə danışdım. Ehtiyat etdiyim üçün əvvəlcə qıza özümü düzgün təqdim etmədim. Samirə hazırda İsmayıllı rayonunda işlədiyini, bacısı Səmayənin isə işsiz olduğunu, ehtiyac varsa, onu telefonda xəttə qoşa biləcəyini dedi.

Razılaşdıqdan sonra Samirə bacısı Səmayəni telefonda xəttə qoşdu. Səmayə iki gün sonra gələ biləcəyini dedi. Mən ondan daha tez gəlməsini xahiş etdim”.

“Avtomobildə saçlarını sığalladım”

Azad qeyd edib ki, Səmayə səhəri gün Goran qəsəbəsinə gəlib: “Dostumun avtomobili ilə onu qarşılamağa getdim. “Qlobus”un yanında Səmayəni qarşılayaraq gəldiyi avtomobilin pulunu da verdim. Dostunun avtomobilində mən qabaqda, Səmayə isə arxa oturacaqda əyləşdi. Onun saçları uzun idi.

Səmayə avtomobildə olarkən onun saçını sığalladım. Dostum Mahmud mənə bəxtimin gətirdiyini dedi. Birbaşa işlətdiyim kafeyə gəldik. Səmayə kafeyə baxdı. Ondan dağa gedərək istirahət etmək istəyib-istəmədiyini soruşdum, etiraz etmədi. Ona görə Səmayə ilə birlikdə dostumun Ağcakənd qəsəbəsində yerləşən evinə getdik və istirahət edərək gecəni orada qaldıq”.

“Bakirə olduğunu bilməmişəm”

Azad bildirib ki, səhəri gün kafeyə qayıdıblar: “Bir neçə gün sonra Səmayənin bacısı Samirə və tanışı onun yanına gəldilər. Mən onları layiqli şəkildə qarşılayıb yola saldım. Sonra kafeyə Səmayənin bacısının tanışı Əsəd gəldi.

Səmayənin kafedəki otaqda ağladığını gördük. Əsəd onun yanına getdi, nə üçün ağladığını soruşdu, o da atasının ailəni atıb getdiyini və bunu xatırlayıb ağladığını dedi.

Mən Səmayəni sakitləşdirdim, dostum Vüsalın işlətdiyi “Ocaq” restoranında qəlyan çəkməyi təklif etdim. Səmayə də razılaşdı. Qəlyan çəkdiyim vaxt Vüsalın əlini Səmayənin boynuna atdığını gördüm. Mən qıza bağlandığım üçün əsəbiləşdim və qəlyanı yarımçıq qoyaraq onu da götürüb öz kafemə qayıtdım.

İş materiallarına əlavə edilmiş video-görüntülər qeydə alınan zaman xəbərim olmayıb. Gecə Səmayə paltarlarını yığıb gedəcəyini dedi. Mən ondan geriyə qayıdıb-qayıtmayacağını soruşdum. Səmayə anasının xəstə olduğunu, buna baxmayaraq geri qayıdacağını dedi. Ola bilsin, Səmayənin paltarlarında zədə həmin vaxt yaranıb. Başına xoşagəlməz hadisə gələ biləcəyi üçün ona gecə vaxtı getməməyi məsləhət bildim.

Mən Səmayənin bakirə olduğunu da bilməmişəm. Əgər istəsəydim onunla zorla cinsi əlaqədə olardım. Qeyri-təbii yolla cinsi əlaqədə isə onun öz razılığı ilə olmuşam. Səhəri günü Səmayə əşyalarını yığdı. Onu taksi ilə Goran qəsəbəsindən Sumqayıta yola saldım”.

Təqsirləndirilən şəxs bildirib ki, Səmayə ilə könüllü qeyri-təbii yolla cinsi əlaqədə olub: “Səmayənin bədəni üzərindəki xəsarətləri mən yetirməmişəm. Ola bilsin, özü-özünə edib. Səmayəyə cinsi əlaqədə olmağı mən təklif etmişəm. O isə bakirə olduğunu və qeyri-təbii yolla cinsi əlaqədə ola biləcəyini söylədi. Bundan sonra Səmayənin razılığı ilə gecə və Sumqayıta qayıtdığı gün səhər qeyri-təbii yolla cinsi əlaqədə olmuşam.

Səmayənin paltarlarının hansı şəraitdə zədələndiyini bilmirəm. Gecə onun üzərinə bıçaq çəkməmişəm. Sadəcə, bıçaq çıxararaq gedəcəyi təqdirdə özümə xəsarət yetirəcəyimi demişəm”.

“Məni qucağına alıb evə apardı”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmayənin sözlərinə görə, 28 iyul 2023-cü ildə bacısı Samirə onu telefonda qrup zənginə qoşub:

“Zəngə Azad adlı şəxs də qoşulmuşdu. Azad özünü hərbçi kimi təqdim etdi və Goranboy rayonunda yerləşən kafesinə ofisiant axtardığını dedi. Bacım ona kafedə mənim işləyə biləcəyimi bildirdi. Azadın kafesində ofisiant işləmək üçün iyulun 29-da Goranboya gələcəyimlə bağlı razılaşdıq.

Saat 17 radələrində Goranboy rayonunun Goran qəsəbəsinə çatdım. Məni Azad qarşıladı, kafeyə getdik. Paltarlarımı oraya qoyduqdan sonra Azad yoldan gəldiyimi bildirdi, dincəlmək üçün Ağcakəndə getməyi təklif etdi. Mən də razılaşdım.

Biz Azadın dostunun evinə getdik. Mən orada həyətdə oturdum. Azad evə gəlməyimi təklif etsə də, mən evə girmədim. O məni qucağına alaraq evə apardı. Qapını arxandan bağladı, üzərimə gələrək cinsi əlaqədə olmalı olduğumu dedi. Mən isə istəmədiyimi bildirdim. Həmin gün cinsi əlaqədə olmadıq”.

“Cinsi əlaqədə olmasam öldürəcəyini dedi”

Səmayə qeyd edib ki, bundan təxminən iki gün sonra gecə saat 01:30-da Azad onu yataq otağına çağırıb: “Azadın məqsədini bildiyim üçün otağa getmədim. O, otaqdan çıxıb məni zorla qucağına aldı və çarpayı olan otağa apardı. Məni otaqda çarpayının üzərinə atdı. Daha sonra üzərimə gələrək cinsi əlaqədə olmaq istədiyini dedi. Mən isə imtina elədim. Buna baxmayaraq Azad üzərimə gəldi.

Çarpayıda oturaq vəziyyətdəydim. Azad üzərimə gəldikdə qışqıraraq cinsi əlaqədə olmayacağımı dedim. O, üzümə şillə vurdu. Əllərimlə müqavimət göstərməyə çalışdım.

Azad qollarımı arxaya tərəf apardı, möhkəm sıxaraq saxladı, mən ağlayaraq qışqırdım. Lakin o, qollarımı buraxmadı. Əksinə əynimdə olan paltarları çıxarıb yerə atdı. Arxadan bir əli ilə mənim hər iki əlimi tutub saxladığından müqavimət göstərə bilmədim. Paltarlarımı çıxardıqdan sonra məni arxası üstə çarpayıya uzatdı, zorla cinsi əlaqədə olmağa çalışdı.

Mən qışqıraraq onu ayaq və əllərimlə kənarlaşdırmaq istədim. Azad iki əli ilə boğazımdan tutaraq sıxdı və cinsi əlaqədə olmasam məni öldürəcəyini dedi”.

“Nə üçün belə etdiyini soruşdum”

Səmayənin ifadəsinə görə, daha sonra Azad əllərini onun boğazından çəkib və zorla cinsi əlaqədə olmaq istəyib: “Azad dəfələrlə cəhd göstərsə də mən ayaqlarımı sıxaraq bacardığım qədər onu vurdum. Bu səbəbdən Azad ayaqları ilə mənim ayaqlarımın bud hissəsinin içəri tərəfinə hər iki dizi ilə zərbələr vurdu. Amma mənimlə zorla təbii yolla cinsi əlaqədə ola bilmədi. Daha sonra məni çarpayıda ağzı üstə çevirərək uzandırdı, qeyri-təbii yolla cinsi əlaqədə oldu.

Ondan nə üçün mənə belə hərəkətlər etdiyini soruşdum, cinsi əlaqədə olmaq istədiyi üçün belə etdiyini dedi. Səhər oyandıqdan sonra getmək istədim, Azad məni buraxmadı. O, mağazaya gedəndə anama zəng etdim. Anam Azadla danışdı. Bundan sonra mən Sumqayıt şəhərinə qayıtdım.

Evdə başıma gələnləri anama danışdım. Azada zəng edərək geri qayıtmayacağımı dedim və polis şöbəsinə gedib ondan şikayət etdim”.

“Məni buraxmayacağı ilə hədələdi”

Zərərçəkmiş şəxs bildirib ki, Azadla əvvəllər aralarında hər hansı problem olmayıb, kafedə günlük 20 manata işləməyə razılaşıb:

“Goranboyda olduğum müddətdə tək hoteldə qalırdım. Azad mənimlə zorla cinsi əlaqədə olmamışdan qabaq mənə bu barədə təklif etdi. Mən ona istəmədiyimi dedim. Mənimlə təbii yolla cinsi əlaqədə olmaq istəyəndə müqavimət göstərdiyim üçün bu, baş tutmadı. O, mənə xəsarət yetirdi, ayaqlarım gömgöy oldu. Boğaz nahiyəmdə isə əlinin izləri qalmışdı. Mən ona qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etməmişəm.

Cinsi əlaqədən sonra gecəni çay evinin çarpayı olan otağında qaldım. Azad da həmin otaqda yatdı. Səhəri gün onun mağazaya getdiyini gördüm. Təxminən günorta saat 1-2 arası anama zəng edərək məni buradan çıxarmasını istədim.

Anam Sumqayıtda yaşayır. Təxminən günorta saat 4-də Sumqayıta getdim. Sumqayıta yola düşməmişdən əvvəl də Azad mənimlə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Çünki əks halda məni buraxmayacağı ilə hədələyirdi. Məni nəzarətdə saxlayır, harasa çıxmağa qoymurdu. Ona görə vaxtında şikayət edə bilmədim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Azad 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.