Vətən yolunda Şəhidlər ölmür

0
28

Bu gün Qəbələ rayon şəhid Qarayev Məhəmmədin Mövlud günü qeyd olundu.

Tədbirdə şəhidin ailə üzvləri, Qəbələ TV, Beyləqan şəhid ailələri, Neftçala şəhid ailələri, Qəbələ şəhid ailələri,2 saylı Perviz Osmanov adina məktəb müəllim kollektivi ,4 saylı Nicat Atayev adına müəllimləlri, qazilər, icra nümayəndəsi , təhsil şöbəsinin rəhbəri,rayon sakinləri, axundlar,idarə və təşkilat rəhbərləri i,yaxınları iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə tər çiçəklər qoyulmuş,ruhuna dualar oxunmuşdur.
Sonra şəhidin anası çıxış edərək öz övladı ilə qürür duyduğunu,onunla fəxr etdiyini söyləmişdi.

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olmuşdur. Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhər sakinidir.

2001-ci il təvəllüdlü M.Qarayev evin tək oğlu və ali təhsilli olub.

O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri