Beş qırmızı xətt: Ukraynada Tramp və Zelenskiyə ultimatum verdilər

0
20

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampa və Ukrayna prezidenti Vladimir Zelenskiyə beş tələb irəli sürüb.

Poroşenko tələblərini Telegram kanalında bəyan edib.

Xüsusilə, siyasətçi Ukrayna hakimiyyətini ölkənin müstəqilliyi məsələlərində kompromislərə razı olmamağa çağırıb. O bildirib ki, Kiyev heç vaxt Moskvanın təsir zonasına qayıtmayacaq . Həmçinin, Poroşenkonun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyü və anti-Rusiya sanksiyaları ilə bağlı kompromislər ola bilməz.

Bundan əlavə, o, Kiyevdən Ukrayna ordusunun məhdudlaşdırılmasına imkan verməməyi tələb edib. Poroşenko həmçinin Trampı Ukraynanın NATO- ya üzv olmasına inandırmağın vacibliyini bəyan edib. “Mən tək Ukraynanın deyil, bütün azad dünyanın malik olduğu qırmızı xətlərdə israr edirəm”, – o yazıb.

Britaniyanın “The Guardian” qəzeti Trampın seçkilərdə qələbəsindən sonra Ukraynanın qaranlığa və qeyri-müəyyənliyə qərq olduğunu yazıb. İddia olunur ki, ABŞ-ın 47-ci prezidenti Kiyevə hərbi yardım ayırmağı dayandıra bilər, bunsuz Ukrayna qoşunları Donbassda daha çox mövqelərini itirmək riski ilə üzləşəcək.