Tramp dövlət borcunu belə ödəyəcək

0
25

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ölkənin nəhəng dövlət borcundan xilas olmaq üçün yol tapdığını açıqlayıb.

O, bu barədə tərəfdarları ilə görüşdə istehza ilə deyib:

“Bəlkə biz ABŞ-ın 35 trilyon dollar borcunu kriptovalyuta ilə ödəyəcəyik. Kiçik bir kağız parçasına yazacam: “35 trilyon dollar kriptovalyuta – borcumuz yoxdur”. Bu mənim xoşuma gəlir”.

Qeyd edək ki, bu il ABŞ-ın borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçib.