ABŞ-da vətəndaş müharibəsi qorxusu: Əhalinin 84 faizi əmindir ki…

0
32

ABŞ-da noyabrın 5-nə təyin edilmiş prezident seçkiləri öncəsi “YouGov”un hazırladığı sorğu məlumatları yayılıb.

Məlumatı “The Times” qəzeti dərc edib.

Məlum olub ki, amerikalıların 27%-i etiraf edir ki, seçkilərdən sonra ölkədə zorakılıq aksiyaları və hətta vətəndaş müharibəsi başlaya bilər. Sorğuda iştirak edənlərin 84%-i Amerika xalqının son zamanlar daha çox parçalandığını bildirib. Respondentlərin yalnız beş faizi əks fikirdədir.

Oktyabrın 18-dən 21-dək keçirilən sorğuda 1266 nəfər iştirak edib. Şirkət qeyd edir ki, səhv 3,2%-i keçmir.