Rusiya XİN-ə hücum: Zaxarovanın brifinqi təxirə salındı

0
11

Rusiya Xarici İşlər Nazirliyinin internet platformalarına genişmiqyaslı DDoS hücumu səbəbindən bugünkü brifinq saat Moskva vaxtı ilə 14:00-a təxirə salınıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti”-yə bildirib.

Rusiya XİN-in saytı mobil cihazlardan açılmır.

Zaxarova əlavə edib ki, mütəxəssislər resursların funksionallığını bərpa etmək üzərində işləyirlər.