Çinin Qançjou şəhərində elm adamları 80 milyon il əvvələ aid, indiyə qədər ən kiçik, tam sağlam dinozavr yumurtalarını aşkar ediblər.
Tədqiqatçılar 2021-ci ildə tapdıqları bu yumurtaların üç illik araşdırmadan sonra dinozavr yumurtası olduğunu təsdiqləyiblər.
Bildirilib ki, yumurtaların kiçik ölçüləri, nizamsız düzülüşləri, qurdabənzər və düyünlü bəzəkləri, qabıq qalınlığı digər məlum yırtıcı dinozavrlara bənzəmir. Bu, elm aləmində yeni bir dinozavr növü kimi qəbul edilib.
Mütəxəssislərin fikrincə, bu mühüm fosil kəşfi dinozavrların reproduktiv vərdişləri və müxtəlifliyi haqqında yeni məlumatlar vermək potensialına malikdir.