Zəngəzur dəhlizi noyabrın 5-nə qədər açılacaq – Sensasion İDDİA

0
53

“Noyabrın 5-nə qədər Zəngəzur dəhlizi adlanan yolu açmağa çalışacaqlar”.

Bu barədə erməni politoloq Alen Qevondyan deyib.

Qevondyan iddia edir ki, dəhlizin açılması istiqamətində addımlar oktyabrın 26-dan noyabrın 5-nə qədər sürətlənəcək və 5 noyabr tarixinə qədər dəhliz açılacaq.

“Ermənistan hakimiyyəti müqavimət resurslarının olmadığını əsas gətirəcək, bu prosesə etiraz etməyəcək. Onu da qeyd edim ki, Ermənistanın geosiyasi əhəmiyyəti Zəngəzur bölgəsidir. Bu bölgə ilə əlaqəmiz itərsə, Ermənistan sıradan bir əraziyə çevriləcək”, – erməni politoloq vurğulayıb.