Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Kazanda planlaşdırılan danışıqların gündəliyinə Ukrayna münaqişəsinin və Yaxın Şərqdəki vəziyyətin sülh yolu ilə həlli üçün Türkiyənin vasitəçiliyi daxil ola bilər.
“RİA Novosti” bu barədə Türkiyə prezidentinin administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadla məlumat yayıb.
Agentliyin həmsöhbəti əlavə edib ki, Putin və Ərdoğan ikitərəfli gündəliyi, iqtisadi, ticarət və enerji əməkdaşlığını da müzakirə edəcəklər.
Oktyabrın 22-də Kazanda BRICS sammiti başlayır. Tədbir oktyabrın 24-dək davam edəcək. 2024-cü ilin yanvarında keçirilən toplantıda ilk dəfə BRICS-ə üzv olan yeni ölkələr iştirak edəcək. Təşkilat beş yeni ölkəyə genişlənib. Eyni zamanda, Çin sədri Si Cinpin də daxil olmaqla, müxtəlif dünya liderləri görüşdə iştirak etmək üçün Rusiyaya gələcəklər.
Oktyabrın 11-də Rusiya Prezidenti Türkiyə parlamentinin sədri Numan Kurtulmuşla söhbətində Kazanda Ərdoğanla ikitərəfli görüşü səbirsizliklə gözlədiyini təsdiqləyib.