NATO kosmosda müharibəyə hazırlaşır: Təlim başladı

0
14

Böyük Britaniya kosmosda “gələcək müharibələrə” hazırlaşmaq üçün NATO müttəfiqlərinə NATO-nun kosmik imkanlarını inkişaf etdirməyə kömək edəcək.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Hili bildirib.

“Bu qabaqcıl kosmik texnologiyaları inkişaf etdirməklə biz Silahlı Qüvvələrimizi gələcəyin döyüş meydanlarına hazırlayırıq və Britaniya sənayesi üçün mühüm imkanlar yaradırıq”, – müdafiə naziri bildirib.

Bəyanatda vurğulanır ki, NATO müttəfiqləri Britaniyanın daşıyıcı aparatlarından və kosmodromlarından istifadə edə bilərlər ki, bu da alyansa “resurslarını kosmosda sürətlə yerləşdirməyə” imkan verəcək.

Qeyd edək ki, oktyabrın 14-dən NATO “Steadfast Noon” illik nüvə təliminə başlayıb. Təlimə səkkiz hava bazasından 2000-ə yaxın hərbçi cəlb olunacaq.