Kainatda hər saniyə neçə ulduz doğulur? – Alimlər açıqladı

0
29

Müşahidə edilə bilən kosmosda hər saniyə 3 minə yaxın ulduz doğulur.

ABŞ, Almaniya və Fransadan olan beynəlxalq astronomlar qrupu gənc ulduzların ətrafındakı qaz və toz disklərinin ulduzun inkişafına necə dəstək verdiyini və planetlərin yaranmasına kömək etdiyini kəşf edib.

Tədqiqatın nəticələri “Nature Astronomy” elmi jurnalında dərc olunub.

Komanda protoplanet diskləri olan dörd sistemin müşahidələrini toplayıb. Məlumatların təhlili günəş sistemimizin təxminən 4,6 milyard il əvvəl yarandığı zaman necə görünə biləcəyini göstərib. Alimlər hesablayıblar ki, kosmosun müşahidə olunan hissəsində hər saniyədə 3 min yeni ulduz yaranır.