İkinci Dünya müharibəsində yoxa çıxdı: 83 il sonra sahiblərinə qovuşdu

0
24

Dünya şöhrətli fransız rəssamı Klod Monenin İkinci Dünya müharibəsi illərində yoxa çıxan “Bord de Mer” tablosu 83 ildən sonra ilk sahibinin nəvələrinə qaytarılıb.

Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosundan məlumat verilib.

İkinci Dünya müharibəsi zamanı Vyanadakı evlərindən qaçan cütlüyün rəsminin 1941-ci ildə hərracda satın alındığı bildirilib. Qeyd olunub ki, 1941-ci ildən sonra yenidən yoxa çıxan tablo 2016-cı ildə Fransada keçirilən sərgidə peyda olub.

Daha sonra əsər ABŞ-ın Nyu Orleanda yerləşən antikvar satıcısı tərəfindən alınıb və satıcı əsəri Vaşinqtonda yaşayan cütlüyə satdıqdan sonra FTB rəsmlə bağlı araşdırmaya başlayıb.

Cütlüyün rəsm əsərini 500 min dollardan çox qiymətə hərraca çıxardıqları, lakin rəsmin tarixini öyrəndikdən sonra onu FTB-yə təhvil verdikləri açıqlanıb.