Ağ xalatlı qəhrəman

0
14

Bu gün Qəbələ rayon Nicat Atayev adına 4 nömrəli məktəb şəhid Aqşin Ənvərlinin 30 illik yubileyin qeyd etmişdir.
Tədbir də şəhid Aqşin Ənvərlinin dərs dediyi müəllimləri Həsənova Aybəniz, Həmidova Nuriyyə, məktəbin direktoru ve müəllim kollektivi , şagirdləri,şəhid ailələri iştirak etmişdir.
Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbin direktoru Əliyeva Məhəbbət müəllimə çıxış edərək şəhidlərin xatirəsi ehtiramla anılmadıdan söhbət açdı.

Sonra şəhid Aqşin Ənvərlinin atası Faiq müəllimə çıxış üçün söz verilmişdi.
Şəhid valideynləri məktəb müəllimlərinə minnətdarlığını bildirmişdir.
Tədbirdə şagirdlər şeirlər söyləmiş, kompozisiyalar nümayiş etdirmişdir.

Allah rəhmət eləsin şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəz Sabitlik və inkişaf Mərkəzin Qəbələ rayon nümayəndəliyinin rəhbəri