Haqqın dərgahına çatan şəhidlər

0
33

Bu gün Qəbələ rayon Çuxur Qəbələ kənd şəhid Sirinov Talehin 4 – cü il dönümü qeyd olundu.

Kənd icra nümayəndəsi məktəb müəllimləri şagirdləri ilə, Qəbələ TV, Kürdəmir şəhid ailələri, Qəbələ şəhid ailələri, uzaqdan gələn qonaqlar , yazarlar və şəhidin yaxınları iştirak etdilər.

Taleh Sirinovun məzarı üzərinə gül dəstələri qoyulmuş ruhuna dualar oxunmuşdur.

Sirinov Talehin qəhrəmanlığından danışıldı.
Gələn qonaqlara söz verildi.
Şəhid ailələri, qazilər Taleh Sirinovun ailəsinə başsağlığı veridi.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Tale Şirinov 21 noyabr 1996-cı ildə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. O, 2003-cü ildə Çuxur Qəbələ kənd Ə. Məmmədov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. Orta təhsilini həmin məktəbdə alıb.

2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Həqiqi hərbi xidmətini Murovdağda kiçik çavuş olaraq bitirib.

Azərbaycan Ordusunun kiçik çavuş olan Tale Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. 2020 ci il 8 oktyabrda Qəbələ rayonu Çuxur Qəbələ kəndində dəfn olunub . 1 övladı var idi. Müharibəyə gedəndə oğlu 2 aylıq idi.

Təranə Alməmmədova.

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və inkişaf Mərkəzin Qəbələ rayon nümayəndəliyinin rəhbəri