Ümman hər zaman qəlbimizdədir

0
40

Qəbələ rayon Mixlıqovaq kənd şəhid Ümman Əmraslaovun 4 – ci il dönümü qeyd olundu.

Tədbirdə Mıxlıqovaq kənd icra nümayəndəsi , şəhid ailələri, qazilər, Qəbələ TV, , kənd sakinləri iştirak etdi.

Şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur

Dövlətimiz,xalqımız şəhidləri heç vaxt unutmur,onları yad edir,xatirəsinə əziz tutur .
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir

Əmiraslanov Ümman Namiq oğlu 1996 ci il dekabr ayının 21-i Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuşdur. Orta təhsilini Qəbələ rayonu Yemişanlı kənd orta məktəbində almışdır. 2015 ci il həqiqi hərbi xidmətə getmiş, hərbi xidmətini Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənın Çevik Dəst bölüyündə yerinə yetirmişdir. 2020 ci il iyul ayında olan döyüşlər və şəhidlərimizin olması
Ümmana pis təsir etmişdir. Bununla əlaqədar olaraq Ümman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayonu üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırmışdır. 2020 ci il 21 sentyabrda başlanan təlimlərə qatılmış , 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmiş, torpaqlarımızın düşmən işğalından azad olunması üçün qəhrəmanlıq göstərmişdir. Əsgər Ümman Əmiraslanov 2020 ci il oktyabr ayının 2 -si Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur . Qəbələ rayonu Mıxlıqovaq kənd məzarlığında dəfn olunub. Üç bacının bir qardaşı idi

Allah rəhmət eləsin şəhidim. Təranə Alməmmədova Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri