İnqilabi hadisə olacaq: Türkiyənin bu addımı NATO-nun “zəncirlərini qıracaq”

0
24

Türkiyənin BRİKS dövlətlərarası assosiasiyasına daxil olması inqilabi hadisə olacaq, çünki ölkə NATO-nun “zəncirlərini qıracaq”.

Bunu Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu deyib .

“34 ölkə BRİKS-ə qoşulmaq üçün müraciət edib, bu, inanılmazdır. Türkiyənin müraciətini xüsusi qeyd etmək lazımdır, çünki onun assosiasiyaya qəbulu Şimali Atlantika Alyansına daxil olan ölkənin NATO zəncirini qırması mənasında inqilabi hadisə olacaq”, – deyə siyasətçi qeyd edib.

Topkurulunun sözlərinə görə, BRİKS dünya səhnəsində “yeni güc qütbü”nə çevrilib və bu, digər ölkələr üçün siyasi cəlbediciliyini sürətlə artırır.