KTMT Ermənistana təhdiddir – Nikol son nöqtəni qoydu

0
31

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyinə, gələcək mövcudluğuna, suvrenliyinə və dövlətçiliyinə təhdidlər yaradır”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, KTMT-nin təhlükəsizlik arxitekturasının Ermənistan üçün səmərəsizliyi ortaya çıxıb.

“Biz təşkilata üzvlüyümüzü dondurmuşuq və Ermənistanın təşkilata qayıdıb-qayıtmaması ilə bağlı çoxlu müzakirələr gedir. Mən bildirmişəm ki, KTMT-dəki fəaliyyətimizi yalnız o halda bərpa edəcəyik ki, suallarımıza konkret cavablar verilsin.

Bu açıqlamadan düz iki il keçdi, nəinki cavab verildi, verilməyəcəyi də açıq-aşkar görünür. Cavablar nə qədər yoxdursa, Ermənistan da təşkilatdan o qədər çıxır. Belə bir ifadə var: “dönüşü olmayan nöqtə”. Biz o nöqtəni keçməmişik və vəziyyət belə davam edir, lakin o nöqtəni keçməyimiz üçün şans var. Buna görə heç kim bizi günahlandıra bilməz”, – Nikol bildirib.