Vediyə gələn fransalı nazirin gizli məqsədi nə olub? – Bakı ilə bağlı PLAN

0
53

Fransa xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfərinin əsl məqsədləri gizli saxlanılır.

Bu barədə erməni ekspert Qarik Keryan deyib.

Onun sözlərinə görə, Sejurne Ermənistanda iki gün qalıb, lakin Vedi su anbarının açılışından başqa əlamətdar hadisə qeydə alınmayıb.

“Ermənistan hakimiyyəti görünür, İrəvan-Bakı danışıqlarında Qərb platformasının effektivliyinə şübhə ilə yanaşır, Paşinyanın sonuncu mətbuat konfransında Rusiyaya qarşı ritorikanı yumşaltması da diqqəti bu yönə çəkir. Bundan başqa, baş nazirin MDB və BRİKS sammitlərində iştirak edəcəyi ilə bağlı rəsmi məlumat yayıldı. Buna görə Qərb Ermənistan hakimiyyətinin etimadını qazanmağa çalışır. Sejurnenin bu missiyanı yerinə yetirən nümayəndə kimi seçilməsi istisna deyil”, – o bildirib.

Keryan hesab edir ki, Fransa kollektiv Qərb tərəfindən missiyanı yerinə yetirən ölkə kimi seçilib. Onun sözlərinə görə, geosiyasi mərkəzlərə Cənubi Qafqaz bütövlükdə lazımdır. Qərbin Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalamasına çalışması da buna xidmət edir.

“Qərb Azərbaycanı da Rusiyanın təsirindən çıxarmaq və prosesə qoşmaq istəyir. Sülh sazişi imzalanması üçün Ermənistana verilən vədlər də prosesin tərkib hissəsidir və görünür, Fransa əsas koordinator rolunda çıxış edir. Lakin Bakının Parislə münasibətləri gərgindir, buna görə Fransa missiyasını əsasən Ermənistan üzərindən həyata keçirir”, – o bildirib.