Əlacsız qalan ruslar üçün “Türkiyə qapısı” da BAĞLANDI

0
68

Rusiya idxalçıları Avropaya tranzit üçün məşhur olan türk bankları vasitəsilə ödəniş edərkən yenidən çətinliklə üzləşirlər.

Bu barədə “Vedomosti” qəzeti idxalçılar və vasitəçilər arasında olan üç mənbəyə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, banklar həm Türkiyə, həm də Avropa maliyyə qurumlarının təzyiqi altındadır və onlar uyğunluq prosedurlarını yeni şərtlərə uyğunlaşdırırlar.

İlin əvvəlində Rusiya biznesi ABŞ-dan gələn ikinci dərəcəli sanksiyaların riskləri səbəbindən əməliyyatlardan imtinaya görə artıq problemlərlə üzləşmişdi. İndi problemlər geri qayıdıb: “Emlak Katılım” kimi türk bankları tranzit ödənişləri üçün komissiyanı artırıb və əməliyyatlardan imtina etməyə başlayıblar. Avropa bankları da bəzən Türkiyədən ödənişləri qəbul etməkdən imtina edirlər.

Bir çox rus şirkətləri tranzit ödənişlərinin 80%-ə qədərinə nəzarət edən “Emlak Katilim” ilə işləyir, lakin yüksək komissiyalar bu bankı yalnız böyük biznes üçün əlçatan edir.