Mossad bu ölkədə istehsal olunan 5000 peycerə PARTLAYICI YERLƏŞDİRİBMİŞ…

0
47

İsrail kəşfiyyat xidməti Mossad Livanın “Hizbullah” hərəkatının sifarişi ilə Tayvan istehsalı olan beş min peycerə az miqdarda partlayıcı yerləşdirib.

Bu barədə “Reuters” öz mənbələrinə istinadən xəbər verir.

“Mossad nümayəndələri beş min peycerə az miqdarda partlayıcı yerləşdiriblər. Qurğular Tayvanda istehsal edilib və bir neçə ay əvvəl Livanın “Hizbullah” hərəkatı tərəfindən sifariş edilib”, – nəşr qeyd edib.

Agentliyin mənbəsi qeyd edib ki, üç min peycerə kod mesajı göndərilib, bundan sonra onlar aktivləşib və eyni vaxtda partlayıb. Cihazlarda 3 qrama qədər partlayıcı gizlətmək mümkün olub.

Xatırladaq ki, daha əvvəl Livanın müxtəlif ərazilərində peycerlərin partladıldığı bildirilirdi.

Ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Firas Abdın sözlərinə görə, partlayışlar nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.