Rusiya Poltavadakı təlim mərkəzini “İsgəndər”lə vurdu: Yüzlərlə ölü

0
73

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə “İsgəndər” raketi atıblar.

Həmin an orada xeyli əsgərin olduğu iddia edilir. Zərbə nəticəsində yüzlərlə hərbçini ölə biləcəyi bildirilir.

Hücum sentyabrın 3-də səhər saatlarında baş verib. “Military Chronicle” kanalının məlumatına görə, söhbət Siqnal Korpusunun 179-cu təlim mərkəzindən (A3990 hərbi hissəsi) gedir. “Hələlik sahədən alınan məlumatlar fraqmentdir, lakin dolayı məlumatlara əsasən, “İsgəndər” məhz kadrların formalaşması anında hədəfi vurub”, – deyə kanal əlavə edib.