Bir həftəyə öldürür, sağ qalmaq möcüzədir – Dünyanı qorxuya salan təhlükə

0
69

Hindistanda beyin yeyən amöbə yoluxmuş 14 yaşlı yeniyetmə sağ qalmağı bacarsa da, qorxuya səbəb olub.

Bu parazitə yoluxanların 97 faizi öldüyü halda, hindistanlı Əfnan Casim sağ qalaraq möcüzəyə nail olub.

Atasının sosial şəbəkədə xəstəliklə bağlı kampaniyaya rast gəlməsindən sonra Casim vaxtında müalicə olunaraq ölümcül xəstəlikdən qurtula bilib.

“Naegleria fowleri” adlı amöb növlərinə əsasən göllər və çaylar kimi şirin su mənbələrində rast gəlinir. Bu tip amöb bədənə burun vasitəsilə daxil olduqdan sonra beyinə doğru irəliləyir və yoluxmuş insanlar adətən bir həftə ərzində ölürlər.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, 1971-2023-cü illər arasında Avstraliya, ABŞ, Meksika və Pakistanda xəstəliyə yoluxan yalnız 8 nəfər sağ qalıb.

Mütəxəssislər insanların xüsusilə üzgüçülük hovuzlarında ağızlarını suyun səthindən uzaq tutmasının, dalış etməmələrinin və bu tip amöblərdən qorunmaq üçün su mənbələrini xlorlamalarının çox vacib olduğunu vurğulayırlar.