İlham Əliyevə və Putinə təklif etmişəm ki… – Paşinyan görün nələr danışdı

0
62

Biz bütün beynəlxalq tərəfdaşlarımızın sülh prosesində rolunu yüksək qiymətləndiririk.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında Rusiyanın iştirakını necə qiymətləndirdiyi ilə bağlı mətbuat konfransı zamanı bildirib.

O əlavə edib ki, Azərbaycanla iş ikitərəfli formatda aparılır.

“Biz bu məsələ ilə bağlı qərar verməliyik. İndiki mərhələdə biz ikitərəfli formatda işləyirik və bu, düzgün bir şeydir. Mən bu barədə Rusiya prezidentinə də son telefon danışığımızda dedim”.

Paşinyan vurğulayıb ki, o, ikitərəfli formatla yanaşı, başqa formatlarda da işləməyi istisna etmir.

“Hər bir işə ayrıca məsələ kontekstində ayrıca baxılmalıdır. Mən özüm də Azərbaycan prezidentinə təklif etmişəm ki, ikitərəfli görüş keçirilsin. Bu, demarkasiya komissiyalarının toplaşdığı Ermənistan-Azərbaycan sərhədində baş verə bilər. Mən də belə təmaslara hazıram. Hesab edirəm ki, bütün məsələlər konkret kontekstdə nəzərdən keçirilməlidir”.