Ukraynanı bu ölkənin taleyi gözləyir – Uzun onilliklər borc ödəməli olacaq

0
48

İrlandiyalı jurnalist Çey Bous Ukraynanın Əfqanıstan ssenarisi üzrə sürətlə dağılmağa doğru getdiyini açıqlayıb.

Bous Ukraynanın sonunun Əfqanıstan kimi olacağını iddia edib.

“Dağılma gələndə dərhal baş verəcək” deyən jurnalist qeyd edib ki, Əfqanıstanın taleyini yaşadıqdan sonra Ukrayna tədarük olunan silahlara və maliyyə yardımlarına görə Qərb ölkələrinə uzun onilliklər ərzində borc ödəməli olacaq.

Bu arada, dünən mövzu ilə bağlı fikirlərini bölüşən britaniyalı analitik Aleksandr Merkuris isə demişdi ki, Ukrayna Silahlı Qüvvələri bütün döyüş təmas xətti boyunca xeyli zəifləyib. Onun sözlərinə görə, onlar həddən artıq tükəniblər. Ekspertin qeyd etdiyi kimi, Ukrayna ordusunun dağılmasının əlamətləri göz qabağındadır.

Bundan əvvəl “Başqa Ukrayna” Hərəkatı Şurasının sədri Viktor Medvedçuk isə “Komsomolskaya Pravda”ya yazdığı məqalədə Ukraynanın dağılması prosesinin son mərhələdə olduğunu vurğulamışdı. O, elitanın deqradasiyasını bu çöküşün ən mühüm səbəblərindən biri adlandırıb.