Güclü selin fəsadları: Fermerlərin problemi necə həll ediləcək?

0
102

Son günlər şimal-qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti bir çox sahələrə ziyan vurub.

Təbii fəlakət nəticəsində Qax və Zaqatala rayonlarında onlarla fermer zərər görüb. Təqribən 10-15 min manat arasında maddi ziyanla üzləşən təsərrüfat sahibləri bildirirlər ki, sahələrini sığorta etdirməyiblər və bu səbəbdən də çətin vəziyyətə düşüblər.

Zaqatalanın Üçüncü Tala kəndində də dəymiş ziyanın miqyası böyükdür. Güclü yağışlardan bir həftə keçməsinə baxmayaraq, hələ də bəzi ərazilərdən su çəkilməyib. Bu kənddə də sahələrini sığorta etdirənlərin sayı barmaqla sayılacaq qədərdir.

Təbii fəlakətin fəsadları ilə bağlı Aqrar Sığorta Fondunun əməkdaşları Qax və Zaqatala rayonlarında görüşlər keçiriblər. Əsas məqsəd isə fermerlərin maarifləndirilməsidir.

Aqrar Sığorta Fondundan bildirilib ki, ötən il Fond tərəfindən fermerlərə 4,4 milyon manat sığorta kompensasiyası ödənilib. Bu ilin dörd ayında isə iki milyon manatdan çox sığorta ödənişi edilib.