Britaniyalılar toyuqlardan şikayətçidirlər: “Hamısını qırmaq lazımdır!”

0
71

Britaniyada Snettişam kəndi yüzlərlə toyuğun “istilasına” məruz qalıb. Sakinlər onlarla başa çıxa bilmirlər. Lələklilər sinfinin nümayəndələri sübh vaxtı insanları səsləri ilə oyadır, bağlara girir və əkinləri məhv edirlər.

Sakinlər toyuqların yaxınlıqdakı meşədən sürü ilə gəldiklərini və həyatlarını “cəhənnəmə” çevirdiklərini deyiblər.

Bu qədər çox toyuğun haradan gəldiyi dəqiq məlum deyil, ancaq son vaxtlar onların saylarının kəskin artdığı vurğulanır.

Vəziyyəti kəndə toyuqlarla şəkil çəkdirmək və cücələri yemləmək üçün gələn turistlər daha da ağırlaşdırıblar. Belə ki, onların qoyduqları yeməklər siçovulları cəlb edir. Bu isə yerli sakinlərin xoşuna gəlmir.

Yerli şura sərt tədbir görməyi – bütün quşları məhv etməyi tələb edir.