Moskva planını rəsmən açıqladı: Zelenski öldürülməlidir

0
73

Kiyevin təslim olmasından sonra Ukrayna prezidenti Vladimir Zelenski həbs edilməli və mühakimə olunmalı və ya terrorçu kimi öldürülməlidir.

Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.

“Biz Zelenskinin gələcək taleyinə biganə deyilik. O, Rusiya və Ukrayna vətəndaşlarına qarşı cinayətlərə görə tutulmalı və mühakimə olunmalıdır.

Əgər belə cinayətkarı məhkəməyə vermək mümkün deyilsə, o zaman terrorçulara şamil olunan qaydalar tətbiq edilməlidir”, – Medvedev vurğulayıb.

“Bu, məhz Zelenskinin ruhani müəllimi Stepan Banderanın başına gələn aqibətdir”, o xatırladıb.