NATO-nun 10 ən güclü ordusu hansılardır? – Yeni araşdırma Türkiyəni…

0
68

Amerikanın “Global Fire” təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı araşdırma dərc edib.

1-ci yerdə hərbi büdcəsi 831 milyard dollar olan ABŞ ordusudur. Qeyd olunur ki, ABŞ-ın 1 milyon 400 min əsgəri, 13 min hərbi hava qüvvələri birliyi, 4600 tankı və böyük donanması var.

İkinci yerdə 68 milyard dollarlıq hərbi büdcə, 644 hərbi hava qüvvələri birliyi və 213 tankla Böyük Britaniyadır.

3-cü yerdə Türkiyədir. 40 milyard dollarlıq hərbi büdcə ilə Türkiyənin 520.000 aktiv və 400.000 ehtiyat əsgəri var və hücum pilotsuz təyyarələri ilə seçilir. Onun 2200 tankı və 200 döyüş gəmisi var.

4-cü yerdə 100 min əsgər, 800 hərbi təyyarə və helikopter, 30 tank və 20 döyüş gəmisi olan İtaliya ordusudur.

5-ci yerdə 50 milyard dollarlıq büdcəyə malik Fransa ordusu, 141 min əsgər və 972 hərbi hava qüvvələridir.

5-ci yerdə 55 milyard dollarlıq hərbi büdcəsi, 62 min əsgəri, 133 min hərbi təyyarəsi, 318 helikopteri, 295 tankı və 64 döyüş gəmisi ilə Almaniya ordusudur.

7-ci yerdə 75 min əsgəri, 139 hərbi təyyarəsi, 121 helikopteri və 327 tankı olan İspaniya ordusudur.

8-ci yerdə 38 milyard dollarlıq hərbi büdcəsi, 100 min quru qoşunu, 468 hərbi hava qüvvələri birliyi və 612 tankı olan Polşadır.

9-cu yerdə ordusunda 44 min əsgər, 69 hərbi təyyarə, 143 helikopter, 74 tank və 4 sualtı qayıq olan Kanadadır.

10-cu yerdə peşəkar hərbçilərinin sayı 200 minə çatan Yunanıstan ordusudur. Yunan ordusunda 194 hərbi təyyarə, 289 helikopter və 1365 tank var idi.