Ermənistanı QARIŞDIRACAQ AÇIQLAMA: “Onları təcili aradan götürmək lazımdır”

0
79

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan ölkədə hakimiyyətin dəyişdirilməsinin zəruriliyini elan edərək, belə bir hərəkəti “təcili tələb” adlandırıb. 

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti konstitusiyanın, qanunların, qanunun, şəxsiyyətin, əxlaqın və məntiqin bütün normalarına zidd hərəkət edir və bunun nəticələri ilə mübarizə aparmaq yox, səbəbləri aradan qaldırmaq lazımdır.

“Yalnız bir səbəb var, o da İrəvandadır. İndi də bütün qanunsuzluqları ilə bu hakimiyyətin aradan götürülməsi və ölkəmizdə yeni həyata başlamaq təcili tələbə çevrilib”, – deyə o vurğulayıb.