“WhatsApp”dan MÖHTƏŞƏM YENİLİK: geriyə dönüş olmayacaq

0
40

“WhatsApp” istifadəçilərinə qrup söhbətlərini gizlətməyə imkan verən yeni funksiya istifadəyə verilib. 

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb .

“İcma sahibləri qrup gizlədildikdən sonra bu görünmə parametrini dəyişdirə bilməyəcək və bununla da bütün söhbət iştirakçılarının məxfiliyini qoruyacaqlar”, – məlumatda qeyd edilib.

Ekspertlər vurğulayıblar ki, icma administratorları yalnız icmalar siyahısından qrupu tapıb silə biləcəklər.

“Bu xüsusiyyət, həmçinin gizli qrup çatına qoşulmaq üçün icazəsiz sorğuların qarşısını alacaq”, – portalın yaydığı xəbərdə deyilir.

Qrup söhbətlərinin gizlədilməsi funksiyası inkişaf mərhələsindədir. Mütəxəssislərin fikrincə, bu variant tətbiqin gələcək yeniləməsində əlçatan olacaq.