Qandallandı, vəkil verildi və… – Bakıda Araikin başına nə iş gəlib?

0
279

Separatçıların “rəhbərləri”nin qandallanaraq Bakıya gətirilməsi ermənilərin ideologiyasını alt-üst edib. Artıq əllərindən heç nə gəlməyən Ermənistanda separatçıların sərbəst buraxılması üçün məsələni beynəlxalq müstəvidə kampaniyaya çevirmək istəyirlər. Bu məqsədlə həbs olunan separatçıların işgəncəyə məruz qaldığına dair “faktlar” uydurmağa çalışırlar.

Ermənistan mediası Araik Arutyunyanın eynəyinin sındığı iddiasını irəli sürür, bunu işgəncə elementi kimi göstərirlər.

“Arutyunyanın başına Bakıda nə iş gəlib” başlığı ilə paylaşılan fotoda Araikin eynəyində kiçik ləkə görünür və bunu təbii qarşılamaq olar. Çünki müharibə cinayəti törədən, şəhərlərimizin bombalanma əmrini verən bu caninin qoluna qandal taxarkən, onun eynəyini silmək heç kimin ağlından belə keçməməlidir.

Separatçıların həbsinə dair yayılan videolar isə Azərbaycanın beynəlxalq hüquqa uyğun davrandığını, heç bir işgəncə elementinin olmadığını isbat edir. Hətta bu müharibə canilərinin hər biri dövlət səviyyəsində vəkillə də təmin olunub.