XİN rəhbəri: “Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ancaq hərbi hədəfləri məhv edib”

0
188

“Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirləri zamanı yüksək peşəkarlıq göstərərək ancaq hərbi hədəfləri məhv edib.

Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, heç bir yaşayış məntəqəsinə zərər vurulmayıb:

“Ermənistan silahlı qüvvələrinin birləşmələri bir gün davam edən lokal aniterror tədbirlərinin nəticəsində tələblərimizi qəbul etməyə məcbur oldular”.