Türkiyə bölgəsində komendant saatı elan edildi

0
229

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunun 9 məhəllə və məzrasında (kənddən kiçik yaşayış məntəqəsi – red.) komendant saatı elan edilib.

Buna səbəb bölgədə terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatdır.

Bununla bağlı vilayət rəhbərliyi açıqlama verib.

Açıqlamaya görə, Nusaybin rayonu sərhədləri daxilindəki çöllük ərazilərdə aralarında yüksək səviyyəli təşkilat rəhbərlərinin də olduğu separatçı terror təşkilatı üzvlərinin və onlarla əməkdaşlıq edənlərin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir. Separatçı terror təşkilatı tərəfindən istifadə edildiyi təxmin edilən sığınacaq, bunker, anbar sahələri və hava hücumundan müdafiə mövqelərinin aşkarlanaraq məhv edilməsi nəzərdə tutulur.

Bununla bağlı verilən bəyanatda qeyd edilib ki, 2 may 2023-cü il saat 04:00-dan etibarən əməliyyatlar başa çatana qədər bölgə, Nusaybin rayonunun Tekağaç, Sapanlı, Mağaracık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol, Güneli məhəllələri və məzralarında növbəti xəbərdarlığa qədər komendant saatı elan edilib. Vətəndaşlara öz təhlükəsizlikləri baxımından sözügedən qadağaya əməl etmələri tövsiyə olunub.