Mübariz Qurbanlı: “Xudavəng monastırında olan erməni keşişlər ərazini tərk etməlidirlər”

“Xudavəng monastırında olan erməni keşişlər ərazini tərk etməlidirlər”.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, erməni keşişlərin monastıra aidiyyəti yoxdur:

“Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastırı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey qaydasına düşəcək. Ermənilərin oraya aidiyyəti yoxdur”.