Rusiya şəhərində fövqəladə vəziyyət elan edildi

0
172

Rusiyanın Zabaykal diyarının paytaxtı Çita şəhərində güclü külək və yanğın səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Bununla bağlı əmri şəhər meri səlahiyyətlərini icra edən Andrey Qrenişin imzalayıb.

Şəhər hakimiyyətinin məlumatına görə, küləyin sürəti saniyədə 22 metrə çata bilər ki, bu da ciddi təhlükə yaradır. Belə ki, otların od tutması nəticəsində çöl yanğını daha geniş sahəyə yayıla bilər.