Komitə sədri: “Yeni islam anlayışı yoxdur, Qurani-Kərim dəyişməzdir”

0
134

“Heç bir ölkə yeni islam iddiasını ortaya ata bilməz. Yeni islam anlayışı yoxdur. İslam qaydaları, Qurani-Kərim dəyişməzdir”.

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, Misirin, Pakistanın və yaxud bizimlə qonşu olan ölkələrin dövlət-din modeli tarixən formalaşıb və bu, həmin ölkənin özlərinə xasdır:

“Onu süni sürətdə buraya gətirməliyikmi?! Onu buraya gətirəndə, əlbəttə, problemlər yaranacaq. Başqa dövlətin dövlət-din modelinin bura transfer edilməsinin qarşısını almaq üçün təşviqatı yüksək səviyyəyə qaldırmalıyıq”.