Türkiyə-Ermənistan sərhədi üçüncü ölkə vətəndaşları üçün açılacaq

0
174

“Ermənistan və Türkiyə turizm mövsümü başlamazdan əvvəl üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması barədə razılığa gəliblər”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında deyib.

Ararat Mirzoyan bildirib ki, hazırda bu istiqamətdə fəal iş aparılır.

Qeyd edək ki, Ankara və İrəvan ötən ilin iyulunda quru sərhədin ən qısa zamanda açılması barədə razılığa gəliblər.