Elçin Əlibəyli: “Qardaşım aldığı güclü travmadan dünyasını dəyişdi”

0
276

“Qardaşım aldığı güclü travmadan dünyasını dəyişdi”.

Bu sözləri mərhum tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevlə dəfn mərasimi zamanı qardaşı tanınmış teleaparıcı Elçin Əlibəyli deyib.

E.Əlibəyli Oqtay Əliyevin ürək xəstəliyindən əziyyət çəkmədiyini qeyd edib:

“Böyük itkidir. Ən son iki gün öncə görüşmüşdük. Hadisədən bir saat öncə xeyli telefonla danışdıq. O, mənim böyük qardaşım idi. Atamdan sonra böyüyüm o idi.

Ürək xəstəliyindən əziyyət çəkmirdi. Əsaslanmamış məlumat yayıblar. Qardaşım heç bir əməliyyat keçirməyib. Patoloji Anatomiya Birliyindən aparılan araşdırmadan da məlum olub ki, ürəyində heç bir qüsur olmayıb . Nə olubsa, qəflətən olub. Aldığı güclü travmadan dünyasını dəyişib”.