Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün Ukraynanın Lvov şəhərinə gedir.
İlkin məlumata görə, masaya yatırılacaq əsas iki mövzu – taxıl dəhlizinin funksionallığının artırılması və müharibənin diplomatik yollarla həlli üçün atılacaq addımlardır.
İclasda müzakirə ediləcəyi gözlənilən məsələlər arasında Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində Türkiyənin vasitəçiliyi də var.
Müharibədən əvvəl Ukraynada olan və orada qalan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki “A440M” təyyarəsinin Türkiyəyə qaytarılması da mövzular arasındadır.
Ərdoğan sonuncu dəfə 2022-ci il fevralın 3-də, Rusiya-Ukrayna müharibəsinin başlamasına 21 gün qalmış Ukraynaya səfər edib.
Müharibə səbəbindən Ukraynanın hava məkanı bağlıdır. Ona görə də Türkiyə lideri və onu müşayiət edən şəxslər alternativ yollarla Lvova gedəcəklər.