Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi qalib gəldi, qadınlar məğlub oldu

0
235

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

VII turda İsrail seçməsi ilə qarşılaşan yığma 3:1 hesablı qələbə qazanıb.

Qədir Hüseynov və Vasif Durarbəyli rəqiblərinə qalib gəlib, Şəhriyar Məmməmdyarov və Nicat Abbasov isə sülhə razılaşıb.

Qadınlardan ibarət yığma isə Hindistanla bacarmayıb.

Şahmat Olimpiadası

VII tur

Kişilər

Azərbaycan – İsrail – 3:1

Şəhriyar Məmmədyarov – Avital Boruçovski – 0,5:0,5

Qədir Hüseynov – İlya Smirin – 1:0

Vasif Durarbəyli – Maksim Rodşteyn – 1:0

Nicat Abbasov – Yevgeni Postnı – 0,5:0,5

Qadınlar

Azərbaycan – Hindistan – 1,5:2,5

Günay Məmmədzadə – Hampi Koneru – 1:0

Xanım Balacayeva – Harika Dronavali – 0,5:0,5

Gövhər Beydullayeva – R Vaişali – 0:1

Ülviyyə Fətəliyeva – Tania Sadçev – 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.