Cənnətdəki dogum günün mübarək olsun.

0
444

Vətən müharibəsi şəhidi Bayramov Coşqun Ənvər oğlunun doğum günü münasibətilə xatirəsi anılmışdır

Tədbir Azərbaycanın Dövlət himni ilə başladı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri- Qəbələ Kiçik Əmilli kənd Bayramov Coşqun Ənvər oğlunun doğum günüdür. Tədbirdə şəhidin təhsil aldığı məktəbinin kollektivi şagirdləri ilə , , Qəbələ şəhid ailələri, qazilər, DAMM – SİM Qəbələ nümayəndliyi rəhbəri, , , Qəbələ TV, Dünya TV, Xəzər TV, icra nümayəndələri, Təhsil şöbəsinin rəhbəri, imamlar, məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur.
Şəhidin adına ucalmış abidənin açılışı olmuşdur.
Rayon icra numayəndləri, qazilər, çıxış etdi, məktəblilər şerirler söylədi, şəhidin qəhrəmanlıgından danışıldı.

Gənc rəssamlar şəhilərimizin şəkillərin çəkib, şəhid ailələrinə təqdim etdi .

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir .

Allah şəhidlərimizə rəhmət eləsin.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri