Şəhidlər ölməz Vətən bölünməz.

0
420

Qəbələ rayon Əmircan kənd Şəhidi Əfqan Abdürəhmənovun bu gün cənnətdəki dogum günündür.
Onun adına Qəbələ rayon Üç saylı orta məktəbdə abidə açılışı oldu
Abidənin açılışında rayon icra hakimiyyətinin başçısı,rayon numayəndləri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri, İmam Mehman Şəfiyev, Qəbələ TV ,şəhid ailələri, qazilər, təhsil şöbəsinin rəhbəri, müəllimlər və ailə üzvləri iştirak etdilər.
Tədbir Azərbaycannın dövlət himni ilə başladı, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Məktəblilər hazırladıqları şerləri, kompozisiyaları təqdim etdilər.

Şəhid Əfqan Abdürəhmənovun həyatından , qəhrəmanlığından danışıldı.

İkinci Qarabağ müharibəsində Murovdağ və Suqovuşan ətrafında gedən döyüşlərdə şücaətlər göstərmiş polkovnik-leytenant Əfqan Ağasəf oğlu Abdurəhmanov haqqında həyəcansız danışmaq olmur. Murovdağda Azərbaycan bayrağını dalğalandırmış bu igidin şanlı həyatı bir romana sığmayan tarixlərlə zəngindir.
Əslən Qəbələ rayonunun Əmirvan kəndindən olan Əfqan Adburəhmanov 1976-cı ilin mayın 25-də Bakıda doğulmuş, buradakı 30 saylı məktəbdə oxumuşdur. C.Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra həyatını hərb sənəti ilə bağlamışdır. Polkovnik-leytenant rütbəsini 2015-ci ildə almışdır. Əfqan Abdurəhmanovun adına Murovda Əfqan 1 və Əfqan 2 postları olub. Ona Murov, Talış və Madagiz fatehi adı verilmişdi. 2020-ci il oktyabrın 10-da Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Cənnətdə doğum gününü mübarək olsun şəhidim.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri