Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI – FOTO

0
415

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib. 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 29 450-ə yaxın canlı qüvvəsini itirib.

Bundan əlavə, Rusiya ordusunun 1 305 tankı, 3 213 zirehli döyüş maşını, 606 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 206 hərbi təyyarəsi, 170 helikopteri, 2 218 avtomobil texnikası, 491 dronu, 44 xüsusi texnikası, 13 kateri məhv edilib.