Yevlaxda arvadını öldürüb, qonşusunu yaralayan şəxsin istintaqı başa çatıb

0
377

Yevlaxda arvadını qətlə yetirməkdə və qonşusunu güllələməkdə təqsirləndirilən Mehdi Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, hadisə rayonun Hacışelli kəndində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Mehdi Atakişi oğlu Qarayev həyat yoldaşı, 1977-ci il təvəllüdlü Elnarə Qafar qızı Qarayevanı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Mehdi Qarayev daha sonra qonşusu, 1959-cu il təvəllüdlü İldırım Zirəddin oğlu Qarayevə də atəş açaraq onu yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən M.Qarayev saxlanılıb.