Azərbaycandan deportasiya olunan şəxslərin sayı AÇIQLANDI

0
281

Miqrasiya sahəsində inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1 133 qərar qəbul edilib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla bağlı qəbul edilmiş qərarların sayı 583, tətbiq olunan cəriməni ödəməklə ölkə ərazisini tərk etmələri barədə qərarların sayı 199, ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə qərarların sayı 384 olub.

İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə şəxslərin ölkə ərazisinə girişinin məhdudlaşdırılması ilə bağlı qəbul edilmiş 469 qərardan 40-ı İXM-in müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılma və inzibati cərimə tətbiq olunma ilə bağlı, 429-u isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilib.

Bunlardan 384-ü Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 45-i Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.

Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı 20, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 55, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya ölkədə yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi ilə bağlı isə altı qərar qəbul edilib.