Xəzərdə zəlzələ olub

Xəzər dənizində 3,2 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:47-də qeydə alınıb.

Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.