Ermənistan Baş Prokurorluğu Sünikdə sərhədi keçərək bir qadını yaralamaqda ittiham edilən azərbaycanlı əsgərə qarşı ikinci cinayət işi açıb.
İş Cinayət Məcəlləsinin 469-cu maddəsinin 1-ci hissəsi (dövlət sərhədini qanunsuz keçmə) və 340-cı maddəsinin 1-ci hissəsi (odlu silah qaçaqmalçılığı) ilə açılıb.
Prokurorluq dünən bildirib ki, Şaki kəndində qeydə alınan hadisə ilə bağlı Cinayət Məcəlləsinin 166-cı maddəsinin 2-ci hissəsinin 6-cı bəndi (silah tətbiq etməklə ağır bədən xəsarəti yetirmə), 335-ci maddənin 1-ci hissəsi (odlu silahın qanunsuz dövriyyəsi) və 207-ci maddənin 1-ci hissəsi (şəxsi mülkiyyətin toxunulmazlığını pozma) ilə cinayət işi başlanıb.



