Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün problem yaradır. Avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçradarsa, sürücü buna görə məsuliyyət daşıya bilər.

İnzibati Xətalar Məcəlləsinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə 40 manat cərimə nəzərdə tutulur.