Nebenzya Buçadakı qətliamı bilmədən etiraf etdi

0
273

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındaki nümayəndəsi Vasili Nebenzya Rusiya qoşunlarının Buçadakı vəhşilikdəki iştirakını etiraf edib. Dəfələrlə Rusiyanın Ukraynadaki xüsusi əməliyyatını müharibə adlandırıb.

Belə ki, rusiyalı diplomatı Rusiya qoşunları gələnə qədər Buçada meyit olmadığını deyib. Daha sonra o yanlışlığa yol verdiyini ifadə edərək üzr istəyib. 

“Buçada baş verənlərə diqqətlə baxsanız meyitlərlə bağlı nə görürsünüz? Küçələrə meyitlər səpələnib. Rusiya qoşunu gələnə qədər onlar orada yox idilər. Bağışlayın, onlar getməmişdən əvvəl” – deyə, o qeyd edib.